Qubada avtomobil çaya düşdü: sərnişin öldü

Quba rayonunun İkinci Nügədi kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı “Hyundai” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb.

Hadisə nəticəsində maşındakı Göyçay sakini olan qadın sərnişin dünyasını dəyişib. Sürücü və başqa bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ