“Lotu Quli”: Hər yerdə sənə “zibil” deyir, susursan - BÖYÜK MÜHARİBƏ

Nüfuzlu kriminal avtoritetlərdən biri, Yekaterinburq və Çelyabinsk bazarlarının kuratoru “Lotu Quli” (Nadir Səlifov) ilə digər “vor zakon” “Edik Osetrin” (Eduard Asatryan) arasında münaqişə güclənib.

Buta.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb keçmiş “vor zakon” “Beso Rustavski”nin (Besik Kvinihidze) Saratov vilayətində öz kriminal nüfuzunu bərpa etməyə cəhd etməsi olub.

Qeyd olunur ki, “Edik Osetrin” “Beso”ya bildirib ki, oğruların ona çoxlu sualı var. “Quli” öz növbəsində “Osetrin”lə telefon danışığında ona xatırladıb ki, “Nodar Rustavski” (Asoyan Nodari) iki ildir hər yerdə açıq şəkildə onu “zibil” adlandırır və onun bundan xəbəri olsa da, heç bir reaksiya vermir. 

“Və buna baxmayaraq, mən səninlə bərabər olaraq danışıram. Ən yaxşısı, sən ya bunu araşdır, ya da adını çəkmə. Sonda, əgər lazımdırsa, mən özüm görüş təşkil edəcəm, biz oğrular bu məsələyə nöqtə qoyacağıq”, - Səlifov bildirib.

Səlifov onu da deyib ki, əgər “Beso” həqiqətən də kriminal dünya üçün diqqətəlayiq nəsə edibsə, o zaman ona dostluq əli uzadılmalıdır: “Sualları isə o azadlığa çıxandan sonra vermək olar”.

Asatryan cavabında deyib ki, onun Kvinihidzenin nailiyyətləri haqda xəbəri yoxdur. 

Qeyd edək ki, Kvinihidze 2010-cu ilin əvvəlində “taclandırılıb”. Sonradan peterburqlu oğrular cəmiyyətə guya, aldatma yolu ilə daxil olduğuna görə onu statusdan məhrum ediblər. O, 2006-cı ildə Butırka həbsxanasında döyülüb “obşak”dan çıxarılsa da, bu münaqişədə susmağı seçib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ