Azərbaycanda güсlü zəlzələ oldu

Kürdəmirdə 5 maqnitudalı zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.

Zəlzələnin dərinliyi 52 kilometr olub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyasından 14 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala qədər, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ