Çingiz Abdullayev: Yazıçı buna pul verməməlidir

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev Azərbaycan Dili və Ədəbiyyatı Forumunda keçirilən panel iclasında deyib ki, yazıçı kitabının çapına görə pul verməməlidir, qonorar almalıdır.

Onun sözlərinə görə, yazıçı Azərbaycanda kitab yazır, onun nəşri üçün maliyyə vəsaiti axtarır, sonra isə hələ də onun satışı məsələləri ilə məşğul olur.

“Bu, yanlışdır, belə məsələlərlə məşğul olan fond olmalıdır”, - Abdullayev əlavə edib.

O əlavə edib ki, Azərbaycan yazıçılarının kitabları xaricə daha çox satılmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ