Sumqayıtda iş yerinin qarşısında bıçaqla öldürülən FHN işçisinin fotosu yayılıb.
Buta.media unikal.org-a istinadən məlumat verir ki, qətlə yetirilən 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əməkdaşıdır.
Qeyd edək ki, qətli törədən Şəmsəddin İbrahimovla E.Kərimov qonşu olub. Şəxsi mübahisə zəmnində Ş.İbrahimov E.Kərimovu işdən çağıraraq küçəyə aparıb. Küçədə Ş.İbrahimov qonşusunu bıçaqlayaraq öldürüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmsəddin İbrahimov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.