“Bezmişəm!” - Çingiz Abdullayev Azərbaycanı tərk etmək istəyir

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev ölkədən getmək istədiyini bildirib.

Bu barədə dünyaca məşhur bestsellerlər müəllifi sosial şəbəkələrdəki səhifəsində bildirib.

Yazıçı sosial şəbəkələrdə mütəşəkkil təzyiq və hücumlardan şikayətlənir və bu vəziyyətdən kifayət qədər təngə gəldiyini deyir. Son illər Ç.Abdullayev sistemli şəkildə trolların hücumuna məruz qalır.

“Onların hamısından bezmişəm”, - deyə Abdullayev gileylənib. “Bəlkə mən ölkəni birdəfəlik tərk edim? Belə şeylər məni çox incidir. Axı bura mənim ölkəmdir, mənim şəhərimdir. Bakı ləhcəsində danışdığım üçün belə qınanıram. Gəldiyimiz budur! Bəzi insanlar son dərəcə qeyri-adekvatdır və bu, hər şeyi korlayır. Nə isə etmək, qərar qəbul etmək vaxtıdır!” – deyə yazıçı bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ