Xankənində “parti”lər: ermənilər acından “ölmürlər” - video

“Humanitar böhran” içində olduğu deyilən ermənilərin şənliklər təşkil etməsinin görüntüləri yayılıb.

Trend xəbər verir ki, avqust ayının son günlərində lentə alınan görüntülərdə Qarabağda yaşayan ermənilərin şənlik keçirdikləri və əyləncə “parti”ləri təşkil etdikləri açıq-aşkar görünür.

Görüntülərdən bütün dünyaya “humanitar böhran” içində olduqlarına bəyan etməyə çalışan ermənilərin heç də acınacaqlı vəziyyətdə olmadıqları üzə çıxır.

Ermənilər növbəti dəfə saxta informasiya kampaniyası başladaraq, öz məqsədlərinə nail olmaq istəyirlər. Yayılan görüntülər və xəbərlər “humanitar böhran” məsələsinin tamamilə yalan olduğunu sübut edir.

Ermənilərin heç də “böhran” içərisində olmadıqlarını əks etdirən həmin görüntülərini təqdim edirik:

Xatırladaq ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ