Biznesmen övladlarının lüks həyatı: Milyonluq avtomobillər, bahalı istirahət - FOTO

Biznesmen, məmur övladlarının lüks həyatlarını nümayiş etdirməsi ənənə halını alıb. Atalarının, qohumlarının pulu hesabına zəngin həyat tərzi sürənlər bunu əsasən “İnstagram” hesablarında foto paylaşaraq göstərməyə çalışırlar. 

Buta.media Minval.info-ya istinadən xəbər verir ki, bu hal “Clear” və “İron” otellərinin sahibi Fikrət Feyziyevin oğlanlarına da aiddir.

Otellərin sahibləri Fikrət və Fəxrəddin Feyziyev qardaşlarıdır. Yerli mətbuatda qardaşlar haqqında kifayət qədər material dərc edilib. Belə ki, məlumata görə, Fikrət və Fəxrəddin Feyziyev qardaşları hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar.

Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində keçmiş MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun ( o zaman MTN-nin rəhbəriydi – red) göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilir və onlar həbs olunurlar. Ancaq qardaşlar müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar.

Fikrət Feyziyevin əldə etdiyi milyonlar onun oğlanları Elvin və İslam Feyziyevlərin də lüks həyat yaşamasına rəvac verib. Belə ki, oğul Feyziyevlərin bütün günü istirahətdə, kef məclislərində keçir. Ölkənin ən lüks məkanlarında əyləncələr, Avropada, Dubayda istirahət, minlərlə manat dəyərində olan avtomobillər…


Məsələn, Elvin Feyziyev və qardaşı İslam Feyziyev bahalı maşın kolleksiyasına sahibdirlər. Buraya 99 BB 005 nömrəli «Mercedes Galenvagen», 90 FX 090 nömrəli «Mercedes» Galenvagen», «Rolls Royce», 90 AD 090 dövlət nömrə nişanlı «Mercedes Galenvagen», 99 DD 005 nömrəli «Lexus 570», 10 OB 002 nömrəli son model «Mercedes S Klass», 90 FL 090 nömrəli «Mercedes Galenvagen», 90 UO 909 nömrəli «Mercedes-Benz G-Klasse» daxildir.

Avtomobillərin bahalı olması ilə yanaşı dövlət nömrə nişanları da xüsusi seçilir. Göstəriş sevən gənclər bu məsələdə də maksimum diqqət çəkəcək nömrə ilə maşın idarə edir, fotolarını paylaşırlar.

«İnstagram»dakı şəkillərdən görünür ki, oğul Feyziyevlər heç vaxt ucuz yerdə oturmurlar və onlar bahalı məkanlarda atalarının pullarını ürəkləri istəyən şəkildə xərcləyirlər.

Məlumata görə, Elvin və İslam Feyziyevlər atalarına məxsus «İron» otelində də tez-tez görünürlər. Fikrət Feyziyev «Clear», «İron» otellərindən, eləcə də metal biznesindən əldə etdiyi gəlirlərlə oğlanlarına hər cür şərait yaradıb.

Yerli mətbuatda “Clear” və “İron” otellərinin də adı yetərincə qalmaqalda keçir. Məsələn, bu otellərdə qadın alverinin olması, hətta bu yolla çoxlarının şantaj edilməsi də iddia edilir. Belə ki, yerli mediada yazılan iddialara görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor və hazırda həbsdə olan Akif Çovdarovun təkidi ilə həmin hotellərə gizli kamera yerləşdirilib. Bunun sayəsində isə xeyli sayda imkanlı adamın övladı “toru”na düşüblər. 

Onların intim görüntüləri gizli şəkildə çəkilərək, şantaj vasitəsi kimi özlərinə qarşı istifadə olunub.

Feyziyevlərin lüks həyatlarını özündə əks etdirən fotoları təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ