Azərbaycanda məşhur iş adamı qəfil öldü

Azərbaycanda quşçuluq təsərrüfatlarının və iri broyler sənaye müəssisələrinin yaradılmasında böyük əməyi olan Ərəstun Abbasov vəfat edib.

Buta.media Publika.az-a istinadən xəbər verir ki, bir çox iri broyler firmalarına rəhbərlik etmiş mütəxəssis dünən yaşadığı Biləsuvar rayonunda dünyasını dəyişib. 69 yaşlı iş adamının qəfil ürək tutumasından keçindiyi bildirilir.

Qeyd edək ki, Ə.Abbasov uzun illər quşçuluq sənayesi istiqamətində rəhbər vəzifələrdə çalışıb. O, “Dəvəçi broyler”, “Qaraqaşlıq Brolyer” və “Azərquşsənaye” Dövlət Şirkətinə rəhbərlik edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ