Bakıya məktəbli forması almağa gələn ata və uşağı faciəvi şəkildə ölüblər

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə “Beton yol” deyilən ərazidə qeydə alınıb.

İlkin məlumata əsasən qəza nəticəsində avtomobildə olan rayon sakini Samit Əliyev və azyaşlı övladı hadisə yerində ölüb, digər ailə üzvləri xəsarət alıb.

Məlumata görə, ailə məktəbli forması almaq üçün Bakıya gəlirmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ