Bu ixtisasın keçid balı 600-dən 200-ə enib?

Məlum olduğu kimi, ötən gün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, qəbul nəticələrinin məlum olmasından sonra bəzi ixtisaslara keçid ballarının kəskin şəkildə aşağı düşdüyü məlum olub. Sosial şəbəkələdə əvvəllər yüksək keçid balı tələb olunan bir sıra fakültələrə keçid ballarının 200 bala qədər endiyi müzakirə olunur. 

“Azərbaycan universitetləri” səhifəsinin məlumatına görə, ADNSU-nun Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının (tədris ingilis dilində) dövlət sifarişli keçid balı 600-dən yuxarı idisə, hazırda bu ixtisas üçün də 200 toplamaq kifayətdir. 650-dən çox bal toplamış abituriyentlərin dünən nəticələr elan olunarkən bunu müşahidə etdikləri bildirilir. 

Kəskin enmə müşahidə olunan ixtisasların aktual olmamaları səbəbindən tədricən az maraq cəlb etdiyi iddia olunur. 

Qeyd edək ki, qəbul nəticələri açıqlansa da, hələ ki, keçid balları ilə bağlı Abituriyent jurnalının müvafiq sayı çap olunmayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ