Şəhid Orxan Əsgərovun qızı atasının arzusunu gerçəkləşdirdi - foto

“Orxanın arzusu idi ki, qızı tibb sahəsində olsun. Atasının arzusunu gerçəkləşdirdi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.

O bildirib ki, nəvəsi həm özünün, həm də atasının arzusunu gerçəkləşdirib:

“Xoş xəbər oldu, çox sevincliyik. Aysu Orxan qızı Əsgərlinin adı da tələbələrin siyahısındadır. O, Türkiyədə Uludağ Universitetinin tibb fakültəsinə qəbul olub. Hətta tam təqaüdlə oxuyacaq. Orxanın da arzusu bu idi, ruhu şad olsun”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ