Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Buta.media xəbər verir ki, ONA-nın məlumatına görə, Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər ağır bədən xəsarətləri alıblar.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi qadındır. Xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib.
Hadisə yerindən keçən başqa avtomobillərdəki insanlar düşərək yaralılara kömək etməyə çalışıb. Yaralılardan birinin vəziyyətinin çox ağır olduğu bildirilir.