Bakıda yolu keçmək istəyən iki qadını avtomobil vurub öldürdü - video

Bakının Yasamal rayonunda piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, qəza Mətbuat prospektində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yoldan keçən iki qadını vurub. 

Hadisə nəticəsində hər iki piyada ölüb. Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ