Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakıdan Xankəndi sakinlərinə göndərdiyi humanitar yardımın daşınmasının qarşısını almaq üçün postdan əvvəl tikanlı məftillər çəkib, yol dirəkləri quraşdırıblar.
Çərşənbə günü, avqustun 30-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev jurnalistlərə bildirib ki, Rusiya sülhməramlılarına Bakıdan Xankəndinə göndərilən un məhsullarına keyfiyyət sertifikatı verilib.
“Hazırda hər hansı dəyişiklik olana qədər gözləmə rejimindəyik”, - deyə o bildirib.