İtkin düşən alimlər tapıldı - foto

Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıblar.

Bu barədə “Report”a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

“İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 8 radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, - deyə o qeyd edib.

29.08.2023 22:54

Azərbaycanda iki gənc alim itkin düşüb.

Elnur Nəciyev və Emil Cəbrayılov Quba-İsmayıllı istiqamətində yoxa çıxıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan şəxslərlə bağlı polisə müraciət edilib, barələrində axtarış elan olunub və tapılmaları istiqamətində tədbirlər görülür.

Emil Cəbrayılov 

Elnur Nəciyev

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ