Bir neçə gün əvvəl Bakıda oğurlanmış 14 yaşlı məktəbli qız tapılıb.
Buta.media xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayon 12 saylı polis bölməsinin əməkdaşları mayın 9-da Ramanadan qaçırılmış qızın yerini aşkarlayıb.
İnformasiyaya görə, qaçıran şəxs qızı Suraxanı rayonu ərazisində saxlayıb. Həmin şəxsin qızı zorladığı bildirilir. Hüquq mühafizə orqanı əməkdaşları qızı evinə qaytarıb.
Faktla bağlı 30 yaşlı Astara rayon sakini Dadaşov Ramil İsrafil oğlu saxlanılıb. Onun barəsində CM-nin 144 (adam oğruluğu) və 152-ci (16 yaşına çatmamış şəxslə cinsi əlaqə) maddələri üzrə cinayət işi açılıb.
Məlum olub ki, Dadaşovun bundan əvvəl də azyaşlının zorlanması, xuliqanlıqla bağlı məhkumluğu olub.
Qeyd edək ki, 2004-cü il təvəllüdlü T.M. mayın 9-da 13.00 radələrində qaçırılmışdı.
Qızın 41 yaşlı atası ərizə ilə polisə müraciət etmişdi.