Bakıda “Changan” yol kənarında park edilmiş digər maşınların üstünə çıxıb - video

Ötən gecə Bakının mərkəzində qeyri-adi yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Changan CS35” markalı, 77 AG 880 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarında park edilmiş digər maşınların üstünə çıxıb.

Hadisənin avtomobilin sürücüsünün sürət həddi və manevr qaydalarına əməl etməməsi səbəbindən baş verdiyi bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ