İşdən çıxarılan ilk xanım maşinist danışdı: “Səbəb başqadır”

Məlum olduğu kimi, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

G.Həbibli işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təlimat qaydalarını pozaraq mobil telefonla danışması barədə deyilənlərə belə cavab verib:

“Səbəb bu deyil. Başqa heç nə deyə bilmərəm”, - Həbibli Pravda.az saytına açıqlamasında deyib.

O, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun “Günay xanıma metroda başqa iş təklif edildi, amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu” açıqlaması ilə də razılaşmayıb:

“Mənə başqa heç bir iş təklif olunmayıb. İşimi hələ də sevirəm. Bundan sonra Allah nə yetirsə, o... Nə deyim?”

Xatırladaq ki, G.Həbibli 2019-cu il aprelin 1-dən “Bakı Metropoliteni” QSC-də maşinist kimi çalışırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ