Separatçılar Araik Arutunyanın oturduğu binaya girərək atəş açıblar - video

Xankəndidə naməlum şəxslər Qarabağdakı erməni quldurların başçısı Araik Arutunyanın oturduğu binaya girərək atəş açıblar.

Bu barədə görüntü sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Bildirilir ki, naməlum şəxslər günün qaranlıq vaxtında Qarabağdakı erməni quldurların başçısı Araik Arutunyanın oturduğu inzibati binaya daxil olaraq avtomat silahdan atəş açıblar.

Atışma zamanı Araik Arutunyanın binada olub-olmadığı məlum deyil. Hadisənin törədənlərin kimliyi və atışma nəticəsində zərərçəkənlərin olub-olmadığı da bilinmir.

Qeyd edək ki, Qarabağdakı erməni quldurlar arasında gərginlik son vaxtlar daha da artıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ