Kasprşik Azərbaycana buraxmadılar - binoklla baxmağa məcbur oldu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik Laçınla sərhəddə yerləşən Ermənistanın Kornidzor kəndinə səfər edib. 

Bu barədə məlumatı Ermənistanın İctimai Televiziyası yayıb. 

Bildirilir ki, səfərdə məqsəd “Laçın yolundakı vəziyyətlə bağlı daha ətraflı təsəvvür əldə etmək” olub. 

Ermənistan KİV-in məlumatına görə, Kasprşik ATƏT sədrinin göstərişi əsasında avqustun 22-si Ermənistana səfər edib, İrəvanda ölkənin XİN rəhbəri Ararat Mirzoyanla görüşüb.

İddiaya görə, Kasprşik Ermənistanla yanaşı, Azərbaycana da səfər etməyi planlaşdırsa da, Bakı onu qəbul etməkdən imtina edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ