Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var

Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var.

Bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Həbib Qasımov əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ