Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ömər aşırımı adlanan ərazidə “Mitsubishi” markalı maşının dərəyə aşması nəticəsində Türkiyə vətəndaşları 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu,1995-ci il təvəllüdlü S.Çelik hadisə yerində ölüblər. 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.
Qeyd edək ki, dərəyə aşan avtomobil Kəlbəcərə fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.