Azərbaycan Matevosyanı axtarışa verdi

Xəbər verildiyi kimi 1970-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan Matevosyan Karen Eduardi avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Baş prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iş üzrə K.Matevosyan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ