“Həmin qrupda 200 baldan yuxarı yığanlar qəbul ola biləcək”

"I qrup üzrə 200 baldan yuxarı nəticə göstərən hər bir abituriyent ali məktəblərə qəbul ola biləcək". 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

O bildirib ki, dövlət sifarişli yerlərə isə 270 baldan yuxarı nəticə göstərənlər qəbul ola bilərlər: “I qrupda keçən illə müqayisədə 23 faiz artım müşahidə olunur. Bu o deməkdir ki, keçən illə müqayisədə 2000 mindən çox insan I qrup ixtisasları üzrə ali təhsil ala biləcək. Bu qrupda 537 ixtisas kodu təqdim olunub, lakin cəmi 64 ixtisasdır. Eyni ixtisaslar müxtəlif universitetlərdə var. Siyahı ilə tanış olanda görmək olar ki, əmək bazarında hansı ixtisaslara daha çox tələbat var”. 

M. Abbaszadə onu da bildirib ki, I qrupda plan yerlərinin ümumi sayı 18 min 386-dır. Bunlardan 13348-i dövlət sifarişlidir. Bundan əlavə bu ixtisas qrupunda RK altqrupu üzrə plan yerlərinin sayı 12246-dır. Bundan 8398-i dövlət sifarişlidir. Rİ altqrupunda plan yerinin sayı 6140, ondan 4950-si dövlət sifarişli yerdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ