Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə görüş keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmələr həyata keçirilib.

Ombudsmandan verilən məlumata görə, başçəkmələr zamanı bir sıra şəxslərlə, o cümlədən Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə konfidensial qaydada görüş keçirilib.

Onlarla rəftar, saxlanma şəraiti, tibbi xidmətin vəziyyəti öyrənilib, müraciətləri yerində araşdırılıb. Həmin şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Eyni zamanda, bir sıra şəxslərin Ombudsmana ünvanlanmış ərizələri qəbul edilib, bəzi müraciətləri yerində təmin olunub.

Başçəkmələrin yekununda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ