XİN Dağıstandakı partlayışla bağlı başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Dağıstanın Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş verən hadisə ilə bağlı başsağlığı verib.

Bu barədə XİN-in “X” (tviter) hesabında paylaşım edilib.

“Dağıstanın Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində insan tələfatı və çox sayda insanın xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciədə həlak olanların ailələrinə və dostlarına başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Həştərxan-Mahaçqala yolunda yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınan partlayışda 30 nəfər həlak olub, daha 75 nəfər isə yaralanıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ