Bakıda və Abşeronda temperatur normadan dörd dərəcə yüksək olub

Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından dörd dərəcə yüksək olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 15-i saat 09:00-a olan məlumata əsasən avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam edib, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlib.

Sinoptik şəraitlə əlaqədar ölkədə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir.

Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ