Qanunsuz erməni dəstələrinin yeni - Görüntüləri

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri təxribat əməllərini davam etdirir.

APA xəbər verir ki, əldə edilmiş görüntülərdən aydın olur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq, orada tərtiblənməyə cəhd göstərir.

Qeyd edək ki, qeyri-qanuni erməni silahlı dəstələrinin bu kimi təxribat əməlləri son vaxtlar daha da intensivləşib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ