ABŞ-da Los-Anceles şəhərinin erməni icmasının nümayəndələri Azərbaycan konsulluğu qarşısında Laçın yolundakı vəziyyətə etiraz olaraq aksiya keçirirlər.
Etirazçılar konsulluğa gedən yolları bağlayıb, ərazidə nəqliyyatın hərəkətini iflic edib, çadırlar qurublar.
Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib ki, aksiya ərazisində vəziyyətə nəzarət edilir: "Hal-hazırda orada gecədir. Amma bizə verilən məlumata əsasən Los-Anceles polisi və diplomatik təhlükəsizlik xidmətinin orada təhlküəsizliyi təmin etdiyi bildirilir".