Saakaşvili İlham Əliyevə təşəkkür etdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda Gürcüstanı dəstəklədiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib. 

Bu barədə Saakaşvili Facebook səhifəsində yazıb.

“2008-ci il hadisələrində Azərbaycanın rolu yetərincə qiymətləndirilmir. Qardaş qonşu dövlət bizi yanacaq və maliyyə ilə təmin etdi ki, bu da ölkənin yaşaması üçün çox vacib idi”, - Saakaşvili yazıb.

“Mən şəxsən İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm”, - deyə eks-prezident bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ