Bu tədris ilində dərslərin başlayacağı tarix bəlli olub.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, dərslərin sentyabrın 1-də başlayacağı ilə bağlı yayılan məlumatlara həqiqətə uyğun deyil:
“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib”.