Ağsu dolaylarında turistləri daşıyan avtobus qəzaya düşdü

Bu gün günorta saatlarında Ağsu dolaylarında qəza baş verib.

İçərisində turistlərin olduğu avtobus Qəbələ istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman yolun hərəkət hissəsindən çıxan avtobus yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alanların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım avtomobili gələrək yaralılara yardım göstərilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ