İtkin düşən 19 yaşlı gənclər tapıldı

İsmayıllı rayon sakinləri Ağaverdi Xəilov və həmyaşıdı Aytac Mayılovanın 1 ay əvvəl itkin düşmələri barədə məlumat vermişdik.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, gənclərin yeri müəyyən edilib.

Ötən gün A.Xəlilov nənəsi ilə əlaqə saxlayaraq Aytacla birlikdə Bakıda olduqlarını deyib. O, paytaxtda iş tapdığını,vəziyyətlərinin yaxşı olduğunu qeyd edib.

DİN-in mətbut xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirildi ki, İsmayıllı rayonunda itkin düşən 2004-cü il təvəllüdlü Aytac Mayılova və Ağaverdi Xəlilov Bakı şəhərində tapılıb, axtarışlar dayandırılıb.

Qeyd edək ki, 19 yaşlı Ağaverdi və həmyaşıdı Aytac iyulun 9-da gecə saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Onların itkin düşmələri ilə bağlı valideynləri tərəfindən polisə məlumat verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ