İlham Əliyev Samux rayonuna səfər edib - foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Samux rayonuna səfər edib.

Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Samux şəhərində ucaldılmış abidəsini ziyarət edib.

Prezident İlham Əliyev səfər çərçivəsində Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Azərbaycan Prezidenti həmçinin Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ