İlham Əliyev Qazaxda bir sıra açılışlar etdi - foto

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev həmçinin Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

Daha sonra dövlət başçısı Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxa səfəri çərçivəsində həmçinin “Venzana” mebel fabrikinin açılışında iştirak edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ