19 yaşlı gənclər hardadır?

19 yaşlı İsmayıllı rayon sakinləri Mayılova Aytac və həmyaşıdı Xəlilov Ağaverdi eyni gündə itkin düşüblər.

Artıq bir aydan çoxdur ki, onların axtarışları davam edir.

Məsələnin təfərrüatları ilə bağlı Baku TV gənclərin valideynləri ilə ünsiyyətdə olub.

Aytacın atası Hikmət Mayılov qızının hansı şəraitdə itkin düşməsindən xəbərsiz olduğunu deyib.

Oğlanın atası Tofiq Xəlilov isə bildirib ki, oğlu Aytacla  İsmayıllı Dövlət Texnologiya Kollecində oxuyan zaman tanış olub:

“Ağaverdi axşam bizimlə yemək yeyib, sonra isə gecə saat 3-4 radələrində qızı götürüb üzü Bakı istiqamətində gedib.

Axşam oğluma dedim ki, get yat, səhər işə gedəcəyik, səhər anasına söylədim, onu oyat, o, da gedib görüb ki, yerində yoxdu. Qaçırdıb əcəb edib, götürsün gəlsin evə, niyə kiməsə möhtac olur? Kişi qız qaçırdar”.

Atası bildirib ki, Ağaverdi evdən getdikdən sonra isə onun ən yaxın sirdaşlarından biri olan dayısı avtomobil qəzasında dünyasını dəyişib.

Həmçinin, iddia edilib ki, hər iki gənc oxuduqları kollecdən xaric edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ