Bakıda qəza: Hamilə qadın həlak oldu

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə 8 Noyabr prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Güllü Mehdiyeva yolu keçərkən onu “Toyota Prius” markalı avtomobil vurub.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı qadının bətnindəki uşağın öldüyü aşkarlanıb.

Son məlumata görə, 2001-ci il təvəllüdlü Güllü Mehdiyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Bu barədə APA-nın müxbirinə Sabunçu Tibb Mərkəzindən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ