Tural Yusifov yazır...
Dövlət yol polisinin inspektoru sənin qanunu pozduğunu bildirir, sən isə əksini düşünürsən. Bu mübahisəni sonlandırmaq üçün mütləq ya kitaba baxmalısan, ya da internetdə axtarış etməlisən. Amma yaxşı olar ki, bir neçə maddəni əzbər biləsən.
Nəzəri olaraq, sürücü YHQ-nin bütün maddələrini əzbər bilməlidir. Praktiki olaraq isə bu qaydaları imtahan zamanı beynində saxlayırsan. Demək olar ki, bütün maddələri yadında saxlayan unikumlar yoxdur. Hətta DYP əməkdaşları arasında belə qaydaları əzbər bilən inspektor çətinliklə tapmaq olar. Amma bir neçə maddə var ki, onu əzbərləmək və saxlanılan zaman olduğu kimi demək heç də çətin olmayacaq.
Avtomobil cərimə meydançasına gedir!
YHQ-da hansı hallarda avtomobilin istismarı qadağandır, o, dəqiq olaraq yazılıb:
“Avtomobilin əyləc sistemi, sükan idarəetmə mexanizmi, qoşqu mexanizmi (avtoqatarlarda), sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində mövcud olmayan və ya çalışmayan faralar və ya arxa qabaritlər, işlək vəziyyətdə olmayan şüşəsilgəcləri işləmədikdə, təkərlərin protektoru normadan artıq yeyildikdə, şinlər ölçüsünə və yükgötürməsinə görə modelə uyğun gəlmədikdə avtomobilin istismarı qadağandır”.
Səsboğucudan çıxan qara tüstü, çat alın şüşəsi avtomobilin istismarını qadağan etmir. Əgər sürücü YHQ 1 saylı əlavəyə əsasən, avtomobilin istismarı qadağan olunan nasazlığı müəyyən edibsə, ya onu aradan qaldırmalı, ya da aradan qaldırmaq mümkün deyilsə, təhlükəsizliyə riayət etməklə təmir məntəqəsinə getməlidir. Uyğun gəlməyən işıqlar, plyonka və pərdə də eyni qaydada istismarı qadağan edilən nasazlıqlardır.
“Sürücü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir”.
Aydındır ki, plyonka, qadağan edilmiş işıqlar avtomobilinizə yolboyu qoşulmayıb. Siz YHQ-u pozaraq yola çıxmısınız.
Avtoxuliqanlığa görə avtomobil cərimə meydançasına gedə bilərmi?
Qanuna baxırıq:
96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:
96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;
96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;
96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;
96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;
96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;
96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.
96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda,
Qırmızı işıq
Çox yayılmış qayda pozuntularından biri də işıqforun qadağanedici siqnalında (qırmızı işıq) hərəkəti davam etdirməkdir. Amma qanunda bəzi istisnalar var:
“İşıqforun hərəkətə icazə verən siqnalında (yaşıl işıq) yolayrıcına daxil olan sürücü yolayrıcının çıxışında quraşdırılmış işıqforun rəngindən asılı olmayaraq hərəkətini davam etdirməlidir”.
Bu arada, bu qayda əgər ikinci işıqforun qarşısında stop-xətti yoxdursa, keçərlidir.
Bəs əgər sürücü işıqforun sarı işığında yolayrıcına daxil olubsa? Yanıb-sönən rejimdə çalışmırsa, sarı işıq da qadağanedici siqnal sayılır. Bəzən sürücülər işıqforun sarı işığında dayanmağı çatdırmadıqlarını deyirlər. Bu zaman onların köməyinə YHQ 60-cı maddənin 4-cü bəndi çatır.
“İşıqforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar”.
Mübahisəli məsələlərdə daha bir maddə sürücünün köməyinə çatır. YHQ 36-cı maddə:
“Yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar”.
Yeri gəlmişkən, bu maddəni nəinki sürücülər, hətta piyadalar da öyrənməlidirlər (onlar haqqında sonra danışacam).
Piyada keçidi
Sürücülər arada piyadaya çevrilirlər. Ona görə, bu qaydanı əzbər bilməliyik. YHQ maddə 40, bənd 2:
“Piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər”.
Və bu, sürücünün piyadaya yol verməli olduğu qaydasını qüvvədən salmır.
“Sürücü nizamlanmaya piyada keçidinə yaxınlaşdıqda yolu keçməkdə olan piyadaya yol verməlidir”.
Geriyədönmə
Yollarda daha bir mübahisəli məsələ sola dönmə nişanlarından geriyədönmə əməliyyatının aparılmasıdır. Əgər YPX isnpektoru sizə əksini deyirsə, bu zaman bu maddəni yada salın - YHQ 59-cu maddə 4-cü bənd və 65-ci maddə 3-cü bənd:
“Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir”.
“Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir”.
Amma siz geriyə dönmənin qadağan edildiyi yerləri əzbər bilməlisiniz.
● piyada keçidlərində;
● tunellərdə;
● körpülərdə, estakadalarda və onların altında;
● dəmiryol keçidlərində;
● ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə;
● ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə;
● nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir.
● yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır.
Qəza
Azbilikli sürücülər üçün növbəti dəhşətli nağıl. Qəzadan sonra avtomobilin yerinin dəyişməsi. Bizim sürücülər qəza baş verəndən sonra avtomobilə dəymirlər. Qanun isə əksini deyir. YHQ 37-ci maddə, 4-cü bənd, 3-cü yarımbənd:
“Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir”.
Ola bilər ki, bunu yadda saxlamaq çətin olsun, amma yenə də çalışın, əzbərləyin. Bir də görürsən ki, qəza zamanı avtomobillərə cüzi ziyan dəyib və sürücülər YPX əməkdaşlarını gözləyirlər. Qanuna baxaq. Elə həmin maddədir:
“Yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almayıbsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
Yəni saatlarla YPX, sığorta əməkdaşını gözləməyə ehtiyac yoxdur.
Sürücüyə qadağandır:
Yəqin ki, bir qədər uzun, amma vacib maddələrə toxunacayıq. Bu maddələri DYP əməkdaşı üçün deyil, özünüz üçün yadda saxlayın.
● yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir;
● hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir;
● konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir;
● üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir;
● hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir;
● yolda su və ya palçıq olduqda, nəqliyyat vasitəsini idarə edərkən, onların piyadalara, binalara və başqa nəqliyyat vasitələrinə sıçramamasına çalışmalıdır;
● hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir;
● yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal - ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur;
● Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən sağ əlindəki üfüqi vəziyyətdə olan jezllə və ya onların nəqliyyat vasitələrindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs siqnalı ilə ona verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır;
● Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir;
● nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən keçməlidir;
● təcili tibi yardıma ehtiyacı olan şəxsləri daşımalıdır.
Həmçinin sürücü
1) təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə;
2) yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, eləcə də qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməlidir.
Çalışın, qaydaları pozmayın.