İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərindən danışdı

“Ümumilikdə region haqqında demək mənim üçün çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir. Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini sadəcə müşahidə edə bilərik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Ukraynada münaqişənin başlamasından sonra Cənubi Qafqaz ölkələrinin Rusiya ilə münasibətlərinə dair sualı cavablandırarkən deyib.

“Azərbaycana gəldikdə isə, elə də ciddi dəyişiklik yoxdur. Çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır”, - deyə prezident vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ