Azərbaycanda dəhşətli qəza: Çoxlu sayda ölən var - FOTO/VİDEO

Bakı-Quba yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Buta.media xəbər verir ki, Oxu.Az-ın verdiyi məlumata görə, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində, “Nasosnu” deyilən ərazidə baş verib.

İlkin məlumata görə “Shagman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik maşını  toqquşub. Qəza nəticəsində 5 nəfərin öldüyü deyilir. Onlardan dördü kişi, biri qadındır.

Ölənlərin Goranboy rayonunda hərbi xidmətdə olan övladlarının andiçmə mərasimindən qayıdan şabranlı ailə olduğu bildirilir.

İlkin məlumata görə, yük maşınının sürücüsü  sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ