Azərbaycanlı həkimə ABŞ-də yüksək vəzifə verildi

Azərbaycan əsilli həkim, tibb elmləri doktoru Rauf Şahbazov Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri təyin olunub.

Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, həmyerlimiz, eyni zamanda cərrahiyyə şöbəsindəki Nil Lempert kafedrasına da rəhbərlik edəcək.

Rauf Şahbazov buna qədər Nyu-York ştatının Sirakyus şəhərindəki UPSTATE Tibb Universitetində çalışıb.

Azərbaycan Tibb Universitetinin məzunu olan həkim MD, PHD, MRCS Ed, FEBS, qaraciyər, böyrək, mədəaltı vəz transplantasiyası, hepatobiliar cərrahiyyə üzrə mütəxəssisdir.

Bakıdakı 5 nömrəli Kliniki şəhər xəstəxanasında, Səudiyyə Ərəbistanının əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında cərrah işləyib. Türkiyədə və ABŞ-ın Virciniya Universitetində cərrah-transplantoloq kimi çalışıb, Avropa və Amerikanın müxtəlif klinikalarında uzunmüddətli təlimlər keçib. 2012-ci ildə Amerika Cərrahlar Cəmiyyəti tərəfindən ABŞ-yə dəvət alıb.

Qeyd edək ki, R.Şahbazov Dünya Azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayının iştirakçısı olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ