Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov işdən ayrılıb.
V.Nəsirov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, əmək fəaliyyətini Dövlət Məşğulluq Agentliyində davam etdirəcək.
Belə ki, V.Nəsirov Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan Vamiq Nəsirov 2007-ci ildən “Xəzər TV”də işləyib. O, 2020-ci ilin iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışırdı.