Hikmət Hacıyev: “Xaçaturyan Qarabağdan qaçmağa çalışıb”

“Ermənistanın ictimai xadimləri və media qurumları hərbi cinayətkarın əməllərinə dövlət səviyyəsində haqq qazandırmağa çalışır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında yazıb.

Hikmət Hacıyev bildirib ki, hazırda Ermənistanın bir sıra rəsmi, ictimai, media qurumları 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanmasına “etiraz etməklə” hərbi cinayətlərə dövlət səviyyəsində dəstək verir və onların bu fəaliyyəti cinayətkarın əməllərinə haqq qazandırmaqdan başqa bir şey deyil.

Həmçinin əlavə olunub ki, Xaçaturyan BQXK-nın xətti ilə tibbi evakuasiyadan istifadə edərək Qarabağdan qaçmağa çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ