Bakıda yolda çəkilmiş dairə müzakirə yaratdı - video

Nərimanovda asfaltdan silinən nişanlanma gülməli görüntü yaradıb.

Bu barədə video sosial şəbəkələrdə paylaşılıb. Belə ki, söhbət Nərimanov rayonu ərazisindəki küçələrdən birində dairəvi yolayrıcı nəzərdə tutulan yerdə sarı tor və digər nişanlanma xətlərinin silinməsindən gedir. 

Ortada bir dairə çəkilib və bu dairə nəqliyyatın hərəkətini “tənzimləyir”. 

Məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb. AYNA-dan bildirilib ki, sözügedən Ağa Nemətulla küçəsindəki yol kəsişməsində hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub:

“Eləcə də müvafiq nişanlanma xətləri çəkilib. Görüntüdə əks olunan dairə cizgisi isə tərəfimizdən təşkil edilməyib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ