Bakıda 25 Nepal vətəndaşı saxlanıldı - video

İyulun 24-də Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Nazirliyin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 25 nəfər Nepal vətəndaşı qeyd edilən qanun pozuntusuna yol verdiyi üçün saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onlar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin  575.1.1-ci (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşama) maddəsinə əsasən protokol tərtib olunub.

Həmin şəxslər barəsində toplanan materiallar aidiyyəti üzrə digər dövlət orqanına təhvil verilib.

Araşdırmalar zamanı onların ölkəmizdən tranzit kimi istifadə edərək qeyri-leqal yollarla Avropa ölkələrinə getmək istədikləri müəyyən olunub.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən tərbirlər davam etdirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ