Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində kater qəzaya uğrayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün axşam saat 21 radələrində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.
Hadisə nəticəsində katerdə olan 4 sərnişin - Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və bir nəfər yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.