Zaqatalada itkin düşənlərin yeri müəyyənləşdi

Zaqatalada itkin düşən iki nəfərin yeri müəyyən edilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan iki nəfərin olduqları yer müəyyən olunub.

Hazırda onların təxliyyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ