İlham Əliyev: Culian Assanjın başına gələnlər tamamilə qəbuledilməzdir

Əslində, əgər siz kimisə nəyinsə pozulmasında ittiham etmək istəyirsinizsə, birinci, güzgüdə özünüzə baxıb görməlisiniz, sizin üzünüzdə qüsurlar varmı?

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söyləyib.

Dövlət başçısı bildirib ki, Culian Assanjın başına gələnlər tamamilə qəbuledilməzdir: 

“Bu, söz azadlığının kobud şəkildə pozulması deməkdir. Həmin insan səfirliklərin birində illər boyu işgəncəyə məruz qalıb. Hazırda o, işgəncədədir. Mən burada mənəvi işgəncəni nəzərdə tuturam. Onun fiziki işgəncəyə məruz qalmasını bilmirəm. Bilmədiyim məsələni deyə bilmərəm. Lakin, insan bəzi mənbələrdən əldə etdiyi müəyyən məlumatı açıqladığına görə əzab-əziyyətlərlə üzləşib. Bəlkə də, o, səhv edib, yaxud qaydaları pozub. Bununla belə, Qərbdəki insanlar vəziyyəti elə təsvir edirlər ki, jurnalistlər istədiklərini edə bilər və onların hər hansı cinayət təqibindən toxunulmazlığı var və əgər siz jurnalisti həbs edirsiniz, deməli, siz diktatorsunuz. Ona görə dedim, baxın Culian Assanjın məsələsinə, görün həmin insanla siz nə etdiniz? Onda, siz kimisə bu məsələdə necə ittiham edə bilərsiniz? Həmin hadisə sizin tarixinizdə ən qara səhifədir. Siz də qeyd etdiyiniz kimi, iki ildən çox vaxt keçir və hazırda Culian Assanj haradadır? O, hələ də həbsxanadadır. Hələ də, həbsxanadadır. Kimsə onun haqqında danışır? Yox!”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ