Bakıda azyaşlı qızı vurub qaçan moped sürücüsü tutuldu - video

Bir müddət əvvəl Hövsanda azyaşlı qızı vuraraq qaçan moped sürücüsünü polislər saxlayıb.

DİN-dən bildirilib ki, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində mopedlə yolu keçən azyaşlını vurub qaçan sürücü müəyyən edilib.

Belə ki, hadisədən sonra mopedin sürücüsü uşağa heç bir yardım göstərmədən hadisə yerindən uzaqlaşıb. Qəzadan sonra ağır xəsarət alan azyaşlının həyatı tibbi müdaxilədən sonra xilas edilib.

Suraxanı RPİ-nin keçirdiyi tədbirlərlə qəzanı törədən sürücü, əvvəllər məhkum olunmuş Aydın Mahmudov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində kuryer şirkətlərindən birində işlədiyini və qəzadan sonra polisdən yayınmaq məqsədi ilə idarə etdiyi mopedi satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ